"Sumqayıt"da ciddi problem: KEHAT MÖVSÜMÜ BİTİRDİ
26.02.2026 - 12:52
"Sumqayıt"da ciddi problem: KEHAT MÖVSÜMÜ BİTİRDİ

"Sumqayıt"da ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin futbolçusu Roi Kehat zədələnib.

O, Misli Premyer Liqasının XXI turunun "Qəbələ" ilə matçında xəsarət alıb. Yarımmüdafiəçi bu gün əməliyyat olunub.

Bunu klubun mətbuat xidməti açıqlayıb. Cərrahi müdaxilə onun vətəni İsraildə baş tutub.

Oyunçuya axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulub. Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək.

O, ən az mövsümün sonuna qədər komandaya kömək edə bilməyəcək.