"Sumqayıt"dan "Səbail"ə - RƏSMİ
12.09.2025 - 15:47
"Sumqayıt"dan "Səbail"ə - RƏSMİ

"Səbail" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, I Liqada mübarizə aparan kollektiv Kamran Quliyevi rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bayıl təmsilçisi 25 yaşlı forvardla 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Kamran Quliyevin son klubu "Sumqayıt" olub.