"Sumqayıt"ın yeniyetmələri beynəlxalq turnirdə
25.03.2026 - 09:57
"Sumqayıt” FK-nın U-11 komandası 25-29 mart tarixlərində Qırğızıstanın Bişkek şəhərində keçiriləcək “Lions Cup: Dordoi Trophy 2” beynəlxalq turnirində iştirak edəcək.
Apasport.az xəbər verir ki, komanda Heydər Əliyev Beynəlxalq Hava Limanından turnirin keçiriləcəyi şəhərə yola düşüb.
Qeyd edək ki, “A” qrupunda yer alacaq 11 yaşlıların rəqibləri Qırğızıstanın “Dordoi 2”, “Dostuk” Futbol Akademiyası, “United Pro” və “Neftçi” klubları olacaq.
0
0