“Sürix” - “Qarabağ” matçının hakimləri açıqlandı
13.07.2022 - 14:16
“Qarabağ”ın “Sürix”lə cavab oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin İsveçrədəki matçını Niderlanddan olan ədalət təmsilçiləri idarə edəcək.
İyulun 27-də Sürixdəki “Letsiqrund” stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Allard Lindhout olacaq. Ona Çarles Şaap və Roy de Nas kömək edəcək. Dördüncü hakim funksiyası Jeroen Manşota həvalə olunub.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüş isə iyulun 19-da keçiriləcək.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
2
2