Təmsilçilərimiz Çempionlar Liqasında mübarizəyə başlayır
05.09.2024 - 09:58
![Təmsilçilərimiz Çempionlar Liqasında mübarizəyə başlayır](https://ww3.apasport.az/storage/news/2024/september/05/big/66d948a2af20566d948a2af206172551593866d948a2af20366d948a2af204.jpeg)
Azərbaycanın minifutbol komandaları bu gün Polşanın paytaxtı Varşavada start götürəcək Çempionlar Liqasında mübarizəyə başlayacaqlar.
Apasport.az xəbər verir ki, "AzNur" ilk oyunda Fransa təmsilçisi "Les Piopio" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
"Birbaşa Bakı" isə İspaniyanın "Malaqa" kollektivini sınağa çəkəcək. Bu görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, qrup mərhələsinin digər oyunları sentyabrın 6-da gerçəkləşəcək.
0
0