Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
30.01.2026 - 09:51
Azərbaycan təmsilçisi Şanel Akselsson Andorrada keçirilən "Trofeu Borrufa" beynəlxalq xizək turnirində uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, o, 17 ölkəni təmsil edən 55 idmançının mübarizəsində ilk "beşlik"də qərarlaşaraq hesabına xallar əlavə etməyi bacarıb.
U14 kateqoriyasında ilk dəfə yarışan idmançı dağ xizəyinin nəhəng slalom növü üzrə keçirilən mübarizədə 5-ci olub.
Qeyd edək ki, "Trofeu Borrufa" gənc və perspektivli xizəkçilərin iştirakı ilə keçirilən, dünya xizək təqvimində xüsusi yer tutan yarışlardan biri sayılır.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0