Təmsilçimiz Zaqrebdə Avropa çempionu olub
26.07.2025 - 00:05
Təmsilçimiz Zaqrebdə Avropa çempionu olub

Xorvatiyanın Zaqreb şəhərində keçirilən qitə çempionatına yekun vurulub.

Apasport.az-a bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. 

Azərbaycan İdman Akademiyası finalda İspaniyanın Valensiya Universitetinə 7:2 hesabı ilə qalib gələrək futzal üzrə universitetlər arasında Avropa çempionu olub.