“Tottenhem”dən qələbə, “Mançester Yunayted”dən xal itkisi
22.09.2024 - 09:46
“Tottenhem”dən qələbə, “Mançester Yunayted”dən xal itkisi

"Mançester Yunayted" növbəti xal itkisini yaşayıb.

Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasının 4-cü turunda "Kristal Pelas"ın müqavimətini qıra bilməyiblər.

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Tottenhem" 3 xalı 3 qolla qazanıb. İlk dəqiqədə qol buraxan London təmsilçisi ruhdan düşməyib.

İngiltərə Premyer Liqası
4-cü tur
21 sentyabr

"Vest Hem" - "Çelsi" - 0:3
"Aston Villa" - "Vulverhempton" - 3:1
"Lester" - "Everton" - 1:1
"Liverpul" - "Bornmut" - 3:0
"Sautgempton" - "İpsviç" - 1:1
"Tottenhem" - "Brentford" - 3:1
"Fulhem" - "Nyukasl" - 3:1
"Kristal Pelas" - "Mançester Yunayted" - 0:0

 

0