"Turan Tovuz" 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
17.08.2024 - 20:08
"Turan Tovuz" 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

Bu gün Premyer Liqanın III turu çərçivəsində 2 qarşılaşma baş tutacaq.

Apasport.az xəbər verir ki, günün ilk matçı Tovuzda keçirilib.

"Kəpəz" nominal meydan sahibi qismində "Turan Tovuz"u qəbul edib. 

Adil Şükürovun yetirmələri mövsümün ilk qərb derbisində azarkeşlərini sevindirməyə çalışıb. 2 oyundan sonra aktivində 4 xal olan Kurban Berdıyevin komandası isə məğlubiyyətsiz seriyanı davam etdirmək üçün meydana çıxıb. 

Meydan sahiblərinin qapısından 3 top keçirən "Turan Tovuz" aktivinə 3 xal yazdırıb.

Azərbaycan Premyer Liqası

I dövrə, III tur

18:15. "Kəpəz" - "Turan Tovuz" 0:3

Qollar: Xəyal Nəcəfov, 16, Roderik Miller, 19, Kristian Da Silva, 61

“Kəpəz”: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 78. Yahor Kvalko (k), 10. Karim Lkouça, 19. Lassana Ndiaye, 77. Viktor Braqa

Ehtiyat oyunçular: 1.Rojerio Santos, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 11. Orxan Əliyev, 20. Mahir Həsənov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci

Baş məşqçi: Adil Şükürov

“Turan Tovuz": 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con

Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi, 11. Ayxan Quseynov, 21. Aleks Souza

Baş məşqçi: Kurban Berdiyev

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev
VAR: Rauf Cabarov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Tovuz. Şəhər stadionu

0