"Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
13.11.2025 - 16:36
"Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb

"Turan Tovuz" klubunun nümayəndələri "Akademiya gündəliyi" çərçivəsində Qədirli kənd tam orta məktəbinin qonağı olub.

Apasport.az xəbər verir ki, akademiyanın məşqçiləri məktəblilərlə görüşüb.

Qeyd edək ki, layihə çərçivəsində "Turan Tovuz" rəsmiləri mütəmadi olaraq Tovuzun kəndlərinə gedir, orada uşaqların futbola marağının artması istiqamətində işlər görürlər. Həmçinin, istedadlı futbolçular klubun akademiyasına cəlb olunur.