
Təlim məşq toplanışını Türkiyədə keçirən "Turan Tovuz" bu gün növbəti yoxlama matçına çıxıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz Albaniyanın "Flamurtari" klubuyla qarşı-qarşıya gəlib.
Oyun Bakı vaxtilə 18:00-da start götürüb.
Gərgin keçən matçın taleyini 1 qol həll edib. Görüş Albaniya klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, qərb təmsilçisi buna qədər "Keçiörengücü" və "Çorum"la hazırlıq matçları çərçivəsində üz-üzə gəlib. Hər iki görüş bərabərliklə nəticələnib (0:0, 1:1).
Qeyd edək ki, Kurban Berdıyevin yetirmələri avqustun 5-ində Mərakeşin "Vidad" komandası ilə qarşılaşacaq.
Yoxlama matçı
18:00
Turan Tovuz (Azərbaycan) - Flamurtari (Albaniya) 0:1