"Turan Tovuz" - "Neftçi" matçının biletləri satışa çıxarılıb
07.05.2025 - 17:33

Misli Premyer Liqasının XXXIV turu çərçivəsində keçiriləcək "Turan Tovuz" - "Neftçi" oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Qeyd edək ki, görüş may ayının 10-u, saat 19:30-da Tovuz şəhər stadionunda baş tutacaq.
0
0