"Turan Tovuz" "Şamaxı" səfərindən bir xalla qayıdır - YENİLƏNİB
16.02.2026 - 16:20
"Turan Tovuz" "Şamaxı" səfərindən bir xalla qayıdır - YENİLƏNİB

Misli Premyer Liqasında XX tur davam edir.

Apasport.az xəbər verir ki, üçüncü oyun gününə Şamaxıda start verilib.

Rayonun eyniadlı komandası "Turan Tovuz"u qəbul edib. Gərgin keçən matçda qalib müəyyənləşməyib. Qarşılaşma qolsuz heç-heçə ilə baş çatıb. 

Qeyd edək ki, "münəccimlər" 24 xalla 8-ci, qərblilər isə 34 xalla 4-cü pillədə qərarlaşıb. 

Misli Premyer Liqası
XX tur
16 fevral
14:30. "Şamaxı" – "Turan Tovuz" 0:0

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şamaxı şəhər stadionu

"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 7. Edqar Adilxanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu

Baş məşqçi: Ayxan Abbasov 

"Turan Tovuz": 41. Sergey Samok 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 5. Roderik Miller 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman  32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe

Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 6. Fərid Yusifli 3. Enrike Silva 90. Joarlem Santos 9. Coş Cinnelli 2. Mark Rene Mampassi

Baş məşqçi: Kurban Berd;yev