"Turan Tovuz"da ayrılıq - RƏSMİ
11.07.2025 - 16:13
"Turan Tovuz"da ayrılıq - RƏSMİ

“Turan Tovuz”da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Orxan Əliyev komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, 29 yaşlı hücumçunun müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Orxan Əliyev bu ilin yanvar ayında “Kəpəz”dən “Turan Tovuz”a transfer olunmuşdu.