"Turan Tovuz"dan növbəti transfer - ÖZƏL
01.07.2025 - 10:31

“Turan Tovuz” heyətini gücləndirməyə davam edir.
Apasport.az saytına verilən məlumata görə, qərb təmsilçisinin növbəti transferi bu dəfə Braziliyadan olacaq.
Kurban Berdiyev “Paysandu”da çıxış edən Keffel Resende Alvimi bəyənib.
25 yaşlı müdafiəçinin “Turan Tovuz”a keçidi an məsələsidir. Hazırda tərəflər arasında ilkin razılıq əldə edilib. Son anda problem çıxmasa, Keffel yeni mövsümdən “Turan Tovuz”da çıxış edəcək.
Qeyd edək ki, “Sao Kaetano”, “Retro”, “Trofense”, “Torreense”də oynamış Keffel son mövsümü icarə əsasında Portuqaliyada “Portimonense” klubunda keçirib.
1
0