Türkiyə millisinin üzvü zədələnib
06.06.2025 - 12:31
Türkiyə millisinin üzvü zədələnib

Türkiyə millisi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, “ay-ulduzlular”ın yarımmüdafiəçisi Salih Özcan sıradan çıxıb. Bu barədə Türkiyə yığmasının mətbuat xidməti məlumat yayıb.

Məşqdə zədələnən Salih heyətdən çıxarılıb.

Türkiyə yığması sabah ABŞ ilə yoldaşlıq oyunu keçirəcək.