Türkiyə yığmasının futbolçusu “Yuventus”da
08.07.2022 - 09:30
Türkiyənin aşağı yaş qrupu üzrə yığma komandasının futbolçusu Kenan Yıldız İtaliyaya köçüb.
Apasport.az saytının məlumatına görə, ötən mövsümü “Bavariya”da keçirən 17 yaşlı yarımmüdafiəçi “Yuventus”la müqavilə bağlayıb.
Almaniya çempionundan ayrıldıqdan sonra azad agent statusu alan gənc pleymeyker “Barselona”nın da maraq dairəsində idi. Lakin İspaniya klubunu qabaqlayan “qoca sinyora” türkiyəli futbolçunu heyətinə qatıb.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Kenan Yıldız bu klubun U-19 komandasına qədər yüksəlib.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
1
0