UEFA “Qarabağ” üçün pul ayırdı
21.06.2025 - 12:02
UEFA “Qarabağ” üçün pul ayırdı

UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümündə Liqa mərhələsində iştirakına görə “Qarabağ”a ödəniş edib. 

Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

UEFA tərəfindən ayrılmış 753.608 (yeddi yüz əlli üç min altı yüz səkkiz) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.