Urfan Abbasov: "Sabah bizi ağır oyun gözləyir"
23.07.2025 - 20:23
Urfan Abbasov: "Sabah bizi ağır oyun gözləyir"

"Sabah bizi ağır oyun gözləyir. Yaxşı hazırlaşmışıq. Ümid edirik ki, müsbət nəticə qazanacağıq".

Apasport.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Urfan Abbasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"ə (Yunanıstan) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

- Rəqib təcrübəli komandadır. Bəs "Araz-Naxçıvan" hansı amilin hesabına sərfəli nəticə əldə edə bilər?

- Rəqibi təhlil etmişik. Baş məşqçi onların zəif və güclü tərəflərini bizə başa salıb. Rəqibin zəif nöqtələrindən istifadə etməyə çalışacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Türkiyədə yoxlama oyunları keçirdiniz. Sizcə, komandanın üstün cəhətləri hansılardır?

- Türkiyə Super Liqa təmsilçiləri ilə oynadıq. Yetərincə güclü komandalar idi. Komanda yenilənib, keyfiyyətli oyunçular gəlib. Hücumda daha yaxşı oynamağa çalışırıq.