Vadim Abdullayev: "Araz”ın yeni müqavilə təklif etməməsi gözlənilməz oldu”
25.06.2025 - 16:34
Vadim Abdullayev: "Araz”ın yeni müqavilə təklif etməməsi gözlənilməz oldu”

"Hələ ki dəqiq heç nə yoxdur. Mən də sadəcə gözləyirəm. Təbii ki, "Araz-Naxçıvan"ın yeni müqavilə təklif etməməsi mənim üçün gözlənilməz oldu. Ancaq futbolda belə hallar da olur, heç nə edə bilmərəm”.

Bu sözləri Apasport.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın yollarını ayırdığı Vadim Abdullayev deyib.

Başa çatan mövsümə qədər komandanın kapitan sarğısını daşıyan 30 yaşlı yarımmüdafiəçi digər klublardan təklif gözlədiyini bildirib: “Əmin olduğum şey odur ki, nəticədə hər şey Allahın istəyi ilə baş verir. Hansı xeyirdirsə, o da olacaq. Ümidvaram ki, yaxşı olar. Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Çox əfsuslar olsun ki, bu qərar da yerli futbolçulara marağı, təklifi azaldır. Bununla bağlı çox danışıb arqument gətirmək mümkündür. Lakin artıq qərar verilib. Bu dəqiqə mənim üçün önəmli olan digər komandalardan təklif gəlməsidir. İstər Azərbaycan, istərsə də xarici klub fərq etməz. Hər şey mümkündür, görək də".