Vasili Berezutski: “Nəticədən razı deyiləm"
17.05.2025 - 19:23
Vasili Berezutski: “Nəticədən razı deyiləm"

Misli Premyer Liqasının XXXV turunun "Zirə" - "Sabah" matçından (1:1) sonra qonaqların baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Üstün tərəf biz idik, daha çox qol imkanı yaratdıq. Təəssüf ki, onlardan yararlanmaq olmadı. Nəticədən razı deyiləm".

- Final yaxınlaşdıqca, həyəcan artır? Liqa oyunlarına fokuslanmaq çətinləşmirki?
- Biz çempionatda bütün şansları itirmişik. Finala çıxdıqdan sonra ora fokuslanmışıq. Ora hazırlaşırıq. Çempionatı oynayırıq, “Neftçi” ilə oyunumuz da var. Bütün oyunu da udmaq istəyirik.

- “Neftçi” ilə oynayacaqsız. Final öncəsi bu sizin xeyrinizə, yoxsa ziyanınıza olacaq?
- Biz istənilən matçda qalib gəlmək istəyirik. Çünki bu oyunda qalib ayrılsaq, daha çox əminlik verəcək.