
Misli Premyer Liqasının XXI turunun “Kəpəz” – “Sabah” matçından (3:2) sonra qonaqların baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
“Bu cür səhvlər edəcəyiksə, əlbəttə ki, qalib gəlmək çox çətin olacaq. Belə halları şərh etmək çətindir. Rəqib heç bir hücum etmədən 3 qol vurdu. Çox üzücüdür. Amma bu, futboldur”.
- Rəqib pressinq tətbiq etməklə "Sabah"ı səhvlərə məcbur edirdi. Düşünmürsüz ki, həmin istək sizin komandada yox idi?
- Biz istəkdə rəqibə uduzmadıq. Azlıqda qaldanda belə təzyiq edirdik, qol vəziyyətləri yaradırdıq.
- Qış fasiləsindən sonra 3 oyunda 2 xal toplamısız. Qarşıda daha çətin rəqiblərlə matçlar var. Bu gedişlə "Sabah" hansı komandaları üstələyə biləcək?
- Razıyam ki, özümüzə çətinliklər yaratdıq. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçlarda hər rəqibə qalib gələk.
- Yeni qapıçı Stas Pokatilov növbəti matçda meydanda olmağa hazırdır?
- O, yaxşı hazırlaşır. Amma biz bu barədə qapıçılar üzrə məşqçilərlə danışacağıq. Kim daha hazırdırsa, ona şans verəcəyik.
- "Sabah"ın bu qədər xal itkilərinin əsas səbəbi nədir?
- "Neftçi" ilə oyun heç-heçəlik idi. "Sumqayıt"la görüşdə çoxlu qol fürsətlərini dəyərləndirə bilmədik. Bu gün isə edə biləcəyimiz bütün səhvləri etdik və qapımızda 3 qol gördük.
- Çempionatdakı xal itkilərindən sonra avrokuboklara vəsiqə üçün əsas diqqəti kuboka yönəldəcəksiz?
- Bəli. Kubok bizim üçün prioritetdir. Kuboku qazanmaq üçün hər şey edəcəyik. Amma çempionat oyunlarını da unutmayacağıq.
- "Qarabağ" Duran transferini rəsmən açıqladı
- Robbi Kin: "Qarabağ"la ilk matçda iki adi vəziyyətdən qol buraxdıq"
- "Ferentsvaroş"un müdafiəçisi: "Bakıya yalnız qələbə üçün gəlmişik"
- "Qarabağ"ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
- Qarabağın yeni transferi tibbi müayinədən keçdi: BAZAYA DƏVƏT EDİLDİ