"Vest Hem" Füllkruq transferini tamamlayıb
05.08.2024 - 21:24
"Vest Hem" Füllkruq transferini tamamlayıb

"Vest Hem" Almaniya millisinin hücumçu Niklas Füllkruqun transferini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, "çəkicdöyənlər" 31 yaşlı forvardla 4 illik müqavilə imzalayıb.

Bu transfer ingilislərə 26 milyon avroya başa gəlib.

Qeyd edək ki, ötən mövsüm "Borussiya Dortmund" forması geyinən Füllkruq meydana çıxdığı 46 oyunda 16 qola imza atıb.

0