"Sumqayıt" Misli Premyer Liqasının XXXVI turunda səfərdə "Səbail"i 4:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Vurğun Hüseynov oyundan sonra keçirilən mətbuat konfransın jurnalistlərin suallarını cavablandırıb:
"Oyun barədə danışılası çox şey yoxdur. Futbolçular qısa müddətdə toparlandılar və meydana çıxıb qələbə qazandılar. Onlara təşəkkür edirəm. Bu 3 xal bizim üçün vacib idi. Ən azından bir pillə yuxarı qalxmaq şansımız var idi. Enişli-yoxuşlu nəticələrə görə azarkeşlərimizdən üzr istəyirik. Çünki bu nəticələr Sumqayıt şəhərinə, şəhərin tək komandasına yaraşmır. Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər".
- Sizi yeni baş məşqçinin korpusunda görəcəyik?
- Bu barədə mənə heç nə deyilməyib. Gələcəkdə nələrin olacağını görəcəyik.
- “Səbail” və “Baku Sportinq” üçün ikincilik şansı - YENİLƏNİR
- Dambrauskas təəccüblənib: "Başqa ölkədə hakimlərdən bu qədər danışmırlar"
- "Qarabağ" ulduz futbolçusu ilə vidalaşır? - Qurbanov özü açıqladı
- Qurban Qurbanov hakimlər haqda: "Sanki başlarını itiriblər"
- Finalın adı: ”Sabah” - “Zirə”- YENİLƏNİB