"Xankəndi" Region Liqasında iştirak edəcək
24.09.2024 - 14:08
"Xankəndi" Region Liqasında iştirak edəcək

Yaxın zamanda Region Liqasında 2024-25 mövsümü start götürəcək.

Apasport.az xəbər verir ki, artıq yeni iştirakçılardan bir neçəsinin adı məlumdur.

Yarışın debütantlarından biri də "Xankəndi" olacaq. AFFA komandanın turnirdə iştirakını təsdiqləyib. 

Lakin klub ev oyunlarını eyniadlı şəhərdə keçirməyəcək. "Xankəndi" rəqiblərini Şamaxı Olimpiya Mərkəzinin futbol meydançasında qəbul edəcək.

 

0