“Ümumilikdə yarışdan çox razıyam”.
Apasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “IRONMAN 70.3 Baku” yarışında finiş xəttini ilk keçən Matej Jukiç deyib.
Xorvatiyalı triatlonçu finişə son anda birinci çatdığını bildirib:
“Qaçış mərhələsində son kilometrə yaxın komanda yoldaşım mənə dedi ki, birinci olmaq istəyirəmsə, sürətimi artırmalıyam. Mən də son kilometrdə tempimi yüksəltdim və nəticədə finişə ilk çatdım. İkinci yeri tutan idmançı ilə aramızda cəmi bir saniyə fərq oldu”.
Jukiç qaçış mərhələsinin bu dəfə onun üçün çətin keçdiyini də söyləyib:
“Adətən qaçış mənim üçün ən asan mərhələdir. Amma bu dəfə çox çətin keçdi. Bu, yarım “IRONMAN”dır. Qarşıda isə tam məsafəli “IRONMAN” məni gözləyir. İki həftədən sonra tam məsafəli yarışda iştirak edəcəyəm və artıq ona hazırlaşıram”.
Xorvatiyalı idmançı finiş xəttini ilk keçməsinin yaratdığı emosiyalardan da danışıb:
“Bu, inanılmaz emosiyadır. Eyni zamanda ikinci olan idmançı üçün heyfsilənirəm. Finişə birinci çatmağımda və sürətimi artırmağımda bir nəfərin böyük rolu oldu. O, son kilometrdə tempimi yüksəltməyi məsləhət gördü və nəticədə finiş xəttini birinci keçdim”.
Qeyd edək ki, Matej Jukiç “IRONMAN 70.3 Baku”da 113 kilometrlik məsafəni 4 saat 1 dəqiqə 20 saniyəyə qət edərək finiş xəttini ilk keçib.
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq