Yenidən antirekord: Son 9 mövsümün ən aşağı göstəricisi təkrarlandı
23.02.2026 - 11:08
Yenidən antirekord: Son 9 mövsümün ən aşağı göstəricisi təkrarlandı

Misli Premyer Liqasının XXI turunun 5 oyununda 5 qol vurulub.

Apasport.az xəbər verir ki, “Turan Tovuz” “Zirə”ni evdə, “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı səfərdə 2, “Sabah” öz meydanında “Kəpəz”i 1 qolla məğlub edib. “Neftçi” – “Qarabağ” qarşılaşması isə təxirə salınıb.

Baş tutan 5 görüşdə orta məhsuldarlıq 1,00-a bərabər olub. Bu, mövsümün yeni antirekordudur. 

Ardıcıl ikinci turda məhsuldarlıq antirekordu qeydə alınır. Ötən turun 6 matçında 8 qol vurulmuşdu.  Orta məhsuldarlıq 1,33-ə bərabər idi.

Orta məhsuldarlığın 1,00 olması son 9 mövsümün antirekordunun təkrarıdır. Belə göstərici sonuncu dəfə ötən mövsümün XII turunda qeydə alınıb. 2024-cü il noyabrın 1-3-də keçirilən 5 matçda 5 qol vurulub. 

Qeyd edək ki, daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümünə təsadüf edib. II turun 4 oyununda 3 qol vurulub və məhsuldarlıq 0,75 olub.