Yuriçin yeni iş yeri bəlli oldu
29.06.2026 - 16:52
Yuriçin yeni iş yeri bəlli oldu

İtaliyanın "Montsa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, A Seriyasına yüksələn kollektivi İvan Yuriç çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssislə 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, İvan Yuriçin son iş yeri 2025-ci ilin noyabrında ayrıldığı "Atalanta" olub.