Zaur Hacı-Məhərrəmov Çempionlar Liqasına təyinat alıb
01.08.2025 - 10:55

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Məhərrəmov, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.
0
0