İyunun 24-dən Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ilk yoxlama görüşünə çıxıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Rəşad Sadıqovun komandası “Hermanştadt”la matçda qüvvəsini sınayıb.
Konfrans Liqasına hazırlaşan bakılılar Rumıniyanın I liqa təmsilçisi ilə Boluda üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. "Zirə" fasiləyə öndə yollansa da, ikinci 45 dəqiqədə məğlubiyyətə üzülüb.
İyulun 7-dək Türkiyədə qalacaq qəsəbə klubu bu müddətdə daha bir yoxlama görüşü keçirəcək və Bakıya qayıdacaq.
Qeyd edək ki, “Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə qarşılaşacaq. İsrail klubu ilə ilk oyun iyulun 21-də evdə, cavab matçı isə 28-də səfərdə olacaq.
Yoxlama görüşü
29 iyun
17:00. “Zirə” – “Hermanştadt” (Rumıniya) - 1:2
Qol: Hamidu Keyta, 25
Bolu
- Canni İnfantino U-15 Dünya Çempionatına hazırlıq işlərinin gedişi ilə tanış olub - FOTOLAR
- “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı – VIII turun cədvəli
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib