"Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq
27.08.2024 - 12:12
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Zirə” və “Omoniya” (Kipr) klubları arasında keçiriləcək cavab qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun 2, 5, 10 və 20 manat təşkil edəcək.
Azarkeşlər biletləri Zirə İdman Kompleksinin və matçın keçiriləcəyi “Dalğa Arena”nın kassalarından ala bilərlər.
Qeyd edək ki, "Zirə" - "Omoniya" görüşü avqustun 29-u, saat 20:00-da start götürəcək.
- Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb
- Böyük Britaniyanın Azərbaycandakı səfiri “Qarabağ”a uğurlar arzulayıb
- “Qəbələ”nin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
- "Tottenhem"ə qarşı oynamış sabiq "Qarabağ"lı: "O gündən bu günə çox şey dəyişib"
- Millimizin oyununun vaxtı dəyişdirilib
0
0