“Zirə” - “Qarabağ” matçının tarixi bəlli oldu
30.08.2026 - 14:57
“Zirə” - “Qarabağ” matçının tarixi bəlli oldu

Misli Premyer Liqasında V turun oyun cədvəli bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Dörd günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

11 sentyabr (cümə)

“İmişli” – “Neftçi”
Yevlax şəhər stadionu, 16:30

12 sentyabr (şənbə)

“Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu, 17:30

“Sumqayıt” – “Şamaxı”
“SOCAR Polymer Arena”, 19:45

13 sentyabr (bazar)

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 16:30

“Zirə” – “Qarabağ”
Zirə İK stadionu, 19:00

14 sentyabr (bazar ertəsi)

“Şəfa” – “Sabah”
“SOCAR Polymer Arena”, 19:00

Qeyd edək ki, Misli Premyer Liqasının ilk 4 turunda tətbiq olunan süni işıqlandırma  sistemi olmayan stadionlarda oyun keçirilməsi qadağası 5-ci turdan etibarən başa çatdığına görə “İmişli” klubunun Yevlax şəhər stadionundan, “Araz-Naxçıvan” klubunun isə Şamaxı şəhər stadionundan istifadə etməsinə icazə verilib.