“Zirə”də ciddi itki - CAVAB MATÇINI BURAXACAQ
23.07.2025 - 21:49
“Zirə”də ciddi itki - CAVAB MATÇINI BURAXACAQ

"Zirə" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində "Hayduk"la 1:1 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında komandanın ciddi itki ilə üzləşdiyini açıqlayıb.

Mütəxəssis oyun zamanı zədələnərək meydanı tərk edən Brahim Konatenin gələcəyinə aydınlıq gətirib. O, oyunçunun çiyninin çıxdığını, bərpa prosesinin 2-3 həftə çəkəcəyini bildirib.

Qeyd edək ki, cavab görüşü iyulun 31-də Split şəhərində baş tutacaq.