
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçən “Zirə” ilk yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, Rəşadın Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” klubu ilə qarşılaşıb.
Görüş Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını Brahim Konate və Abdul Aziz Batibite vurublar.
Yoxlama oyunu
"Zirə" - "Ankara Keçiörengücü" - 2:1
Qollar: Brahim Konate, 13. Abdul Aziz Batibite, 84
Birinci hissədəki heyət: Aydın Bayramov, Anje Mutsinzi, Ruan Renato (k), İssa Cibriella, Rövlan Muradov, Ayron Qomis, Brahim Konate, İsmayıl, İbrahimli, Georgi Papunaşvili, Junior Martins, Davit Volkov
İkinci hissədəki heyət: Aydın Bayramov, Stefan Aka, Elçin Əlicanov, Şahmar Aşurov, Fuad Bayramov, Guima, Hacıağa Hacılı, Ramiz Muradov, Ceyhun Nuriyev, Salifu Suma, Abdul Aziz
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə ilk oyununu iyulun 23-də evdə, cavab matçını isə iyulun 31-də səfərdə keçirəcək.