"Zirə"nin braziliyalı futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
02.09.2024 - 12:28

"Zirə" klubunun futbolçusu Rafael Utziq Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, braziliyalı legionerin yubileyi Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ”la ev görüşünə (1:3) təsadüf edib.
28 yaşlı hücumçu bu qarşılaşmada sonradan meydana çıxıb. Utziq Premyer Liqadakı 100 matçda 18 qola imza atıb.
Cənubi amerikalı futbolçu “Qəbələ”də 81 oyunda 15, “Zirə”də 19 matçda 3 qola sevinib. O, Premyer Liqada 2020-ci il sentyabrın 19-da “Qəbələ”nin “Keşlə” (indiki “Şamaxı”) ilə ev görüşündə (0:0) debüt edib.
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...
- Əfran İsmayılov: "Heç kim bizimlə oynamaq istəmir" - Müsahibə
0
0