“Zirə”nin futbolçuları zədələndi: 5-6 həftə olmayacaqlar
03.10.2025 - 22:04
“Zirə”nin futbolçuları zədələndi: 5-6 həftə olmayacaqlar

“Zirə”nin heyətində itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın əsas oyunçularından Davit Volkov və İssa Cibrilla zədələnib.

Bu barədə “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov məlumat verib.

Onun sözlərinə görə, hər iki futbolçu təxminən 5-6 həftədən sonra yaşıl meydanlara qayıda biləcək.

Qeyd edək ki, Volkov 2024-cü ildən, Cibrilla isə 2023-cü ildən “Zirə”nin formasını geyinir.