"Zirə"nin futbolçusu milliyə çağırılıb
03.06.2025 - 16:16

“Zirə” klubunun futbolçusu Davit Volkov Gürcüstan millisinə çağırılıb.
Apasport.az xəbər verir ki, baş məşqçi Villi Sanyol zədələnən hücumçu Budu Zivzivadzenin əvəzinə Volkovu yığmaya dəvət edib.
Qeyd edək ki, Gürcüstan iyunun 5-də Farer adaları, 8-də isə Kabo-Verde yığması ilə yoldaşlıq oyunu keçirəcək.
0
0