"Zirə"nin futbolçusu zədələnib - 6-7 ay oynaya bilməyəcək
11.08.2025 - 14:01

Şamaxı” ilə yoxlama matçında zədələnən “Zirə”nin futbolçusu Abdul Aziz Batibienin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 18 yaşlı oyunçunun diz bağları qopub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əməliyyat olunacaq toqolu vinger 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, “Zirə” Abdul Azizi bu ilin iyul ayında 4 illik müqavilə ilə heyətinə qatmışdı.
0
0