Misli Premyer Liqasının gümüş mükafatçısı "Zirə" yay transfer pəncərəsi üçün çalışmalara start verib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub 5 əsas futbolçusunu komandada saxlamaq niyyətindədir.
"Qartallar"ın Tiaqo Silva, Ruan Renato, Qismət Alıyev, Ayron Qomis və Davit Volkovla müqaviləsi iyulda başa çatır.
Klub rəhbərliyi onların hər birindən məmnundur və komandada qalmaları üçün çalışır.
Qomis xaric, digər futbolçuların "Zirə" ilə yeni müqavilə bağlaması böyük ölçüdə razılaşdırılıb. Yalnız müəyyən detallarda anlaşmaq qalıb ki, tərəflər bunun üçün mövsümün gedişini gözləyirlər.
Ayron isə bir neçə klubdan ciddi təkliflər alıb. O, hazırda təklifləri nəzərdən keçirir.
Qeyd edək ki, "Zirə" 29 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.