“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə keçirəcəyi ilk oyunun biletləri sabah satışa çıxarılacaq.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İsrail klubu ilə görüşün biletlərini azarkeşlər saat 12:00-dan ala biləcəklər.
Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.
Biletləri “Zirə İdman Kompleksi”ndən, “Dalğa Arena”dan, Azfarın Böyükşor, “ASK Arena”, Gənclik və Xətai metrostansiyaları yaxınlığında yerləşən futbol meydançalarından almaq olar.
Qeyd edək ki, “Zirə” – “Makkabi” oyunu iyulun 21-də “Dalğa Arena”da keçiriləcək.
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB