"Zirə"nin planı bəlli oldu - RƏSMİ
18.06.2026 - 17:50
"Zirə"nin yay hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
"Qartallar" iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək.
Bu müddətdə 1 yoxlama oyunu keçirəcək komanda iyunun 20-də, saat 18:00-da "Azərsun Arena"da "Qarabağ"la qarşılaşacaq.
25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək "Zirə" burada iki yoxlama oyununda gücünü sınayacaq. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq.
Rəqiblərin adı və oyun saatları hələlik məlum deyil.
0
0