“Zirə”nin sabiq futbolçusu Çin klubunda
29.06.2025 - 18:21
“Zirə”nin sabiq futbolçusu Çin klubunda

"Zirə"nin sabiq futbolçusu Andriya Lukoviçin yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, serb futbolçu Çində oynayacaq.

O, “Şanxay Jiadinq Huylonq” klubu ilə anlaşıb.

Şanxayı təmsil edən klub Çin 1-ci liqasında mübarizə aparır.

Qeyd edək ki, Lukoviç 2022-2024-cü illərdə "Zirə"nin formasını geyinib.