Zubir Avropa Liqasında həftənin futbolçusu seçildi
16.02.2024 - 18:42
![Zubir Avropa Liqasında həftənin futbolçusu seçildi](https://ww3.apasport.az/storage/news/2024/february/16/big/65cf74849e3c865cf74849e3c9170809459665cf74849e3c665cf74849e3c7.jpeg)
UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Apasport.az xəbər verir ki, 4 oyunçunun yer aldığı siyahıda "Qarabağ"ın futbolçusu Abdullah Zubir birinci olub.
32 yaşlı fransalı Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri matçda aktivinə 2 qol və 1 məhsuldar ötürmə yazdırıb.
Zubir "Milan"ın futbolçusu Ruben Loftus-Çik, "Qalatasaray"ın forvardı Mauro İkardi və "Benfika"nın yarımmüdafiəçisi Anxel Di Mariyanı geridə qoyub.
0
0