Zubir rəsmən “Qarabağ”ı tərk etdi
16.08.2026 - 12:27
Zubir rəsmən “Qarabağ”ı tərk etdi

Abdullah Zubir “Qarabağ”dan ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ilə  müqaviləyə xitam verilib.

Qeyd edək ki, Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 369 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib.