“Öz oyunumuzu nümayiş etdirməyə çalışdıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsində “Nant”la keçirilən səfər oyunu barədə danışarkən deyib.
O, 1:2 hesabı ilə məğlub olduqları matçın ardından “CBC Sport” telekanalına açıqlama verib: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir. Amma bu, futboldur, çalışmalıyıq ki, son turda “Frayburq”u məğlub edərək, növbəti mərhələyə adlayaq. Növbəti mərhələyə adlamaq bizim hədəfimizdir. Ümid edirəm ki, “Frayburq”la matçda bu istəyimizə çatarıq”.
Fransalı yarımmüdafiəçi stadionda yaranan atmosferi çox bəyəndiyini söyləyib: “Nant”ın stadionunda əla atmosfer var. Fransa mənim vətənimdir, bura qayıtmaq xoş idi. Amma yenə də buradan məyus geri dönürəm”.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."