3x3 basketbol üzrə "Qadınlar Liqası"nın qalibi bəlli olub
01.06.2025 - 20:55
Bu gün Bakı İdman Sarayında 3x3 basketbol üzrə "ABB Qadınlar Liqası"nın final mərhələsinin oyunları baş tutub.
Apasport.az xəbər verir ki, əsas mərhələnin final görüşündə "RİOEUGİM 2" ilə "AzStars" komandası üz-üzə gəliblər.
Oyunu "RİOEUGİM 2" komandası 16-10 hesablı qələbə ilə tamamlayaraq "Qadınlar Liqası"nın çempionu olub.
Final oyununun ən dəyərli basketbolçusu (MVP) "RİOEUGİM 2" komandasının üzvü Leyla Abdullayeva seçilib.
Qalib komandaya mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) rəsmiləri təqdim ediblər.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0