ABL: Bu gün iki oyun keçiriləcək
29.01.2026 - 13:34
ABL: Bu gün iki oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasında bu gün iki oyun keçiriləcək.

Apasport.az xəbər verir ki, XV tur çərçivəsində bir qarşılaşma baş tutacaq.

"Lənkəran" evdə "Ordu"nu qəbul edəcək. Matç Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.

"Ordu" hazırda B qrupunda 27 xalla liderdir. 18 xala malik "Lənkəran" sonuncu - 6-cı pillədə qərarlaşıb.

XI turdan təxirə salınmış matçda isə NTD "Gəncə" ilə qarşılaşacaq. Bu oyun saat 20:00-da Bakı İdman Sarayında start götürəcək. "Gəncə" A qrupunda 18 xalla dördüncüdür. Sonuncu - 6-cı yerdə olan NTD-nin 15 xalı var.

Qeyd edək ki, XV tura fevralın 1-də yekun vurulacaq.