Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin son oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, baş tutacaq matçlardan sonra pley-offa vəsiqə qazanan bütün komandalar bəlli olacaq.
Bakı İdman Sarayında “Abşeron” və NTD klubları üz-üzə gələcək. Bu komandalar arasında ilk qarşılaşma “Abşeron”un 88:74 hesablı qələbəsi ilə nəticələnmiş, ikinci oyunda isə NTD 67:63 hesabı ilə üstün olmuşdu.
Günün digər görüşü Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq. Burada “Sumqayıt” və “Sərhədçi” komandaları üz-üzə gələcək. İlk matçda “Sərhədçi” 123:97 hesabı ilə qalib gəldiyi halda, ikinci qarşılaşmada “Sumqayıt” 100:97 hesablı qələbə qazanıb.
Hər iki oyun saat 19:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl “Gəncə” “Lənkəran”ı (96:92, 100:74), “Ordu” isə “Quba”nı (88:74, 92:88) məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri