ABL: II turun növbəti oyunları keçiriləcək
26.10.2024 - 10:24
Azərbaycan Basketbol Liqasında bu gün II turun daha iki oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, günün ilk görüşündə B qrupunda yer alan komandalar - "Ordu" və "Şəki" üz-üzə gələcək.
Bakı İdman Sarayında baş tutacaq matçın start fiti saat 12:30-da səslənəcək.
Digər qarşılaşmada isə A qrupunda "Sərhədçi" "Abşeron"la münasibətlərinə aydınlıq gətirəcək.
"Sərhədçi" İdman Mərkəzində keçiriləcək oyun saat 19:00-da başlayacaq.
Qeyd edək ki, II tura sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0