ABL: “Naxçıvan”dan ardıcıl ikinci qələbə
22.10.2024 - 19:54
ABL: “Naxçıvan”dan ardıcıl ikinci qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.

“Naxçıvan” NTD-ni sınağa çəkib. Meydan sahibləri bu dəfə də azarkeşlərini sevindiriblər. Oyunun qalibi əlavə vaxtda bəlli olub. Naxçıvanlılar 72:71 hesabı ilə qələbə qazanıblar.

Azərbaycan Basketbol Liqası
II tur
22 oktyabr
A qrupu
17:00. "Naxçıvan" - NTD - 72:71 (22:18, 13:15, 13:18, 17:14, 7:6) ОТ

"Sərhədçi" İdman Kompleksi

0